Bu il Azərbaycanda “Binance” istifadəçilərinin 70%-dən çoxu kriptovalyutalara investisiya qoyacaq - SORĞU

Bu il Azərbaycanda “Binance” istifadəçilərinin 70%-dən çoxu kriptovalyutalara investisiya qoyacaq

Dünyanın aparıcı blokçeyn ekosistemi və kriptovalyuta infrastrukturu təminatçısı Binance Azərbaycandan olan istifadəçilər arasında aparılmış sorğunun nəticələrini bu gün təqdim edir.

"BusinessTime" sorğunun nəticələrinə əsasən, “Binance” istifadəçilərinin 70%-dən çoxu 2024-cü ildə kriptovalyutalara investisiya qoymağa davam etməyi planlaşdırır və istifadəçilərin yalnız 3,8%-i 2024-cü ildə rəqəmsal aktivlərə investisiya qoymağı planlaşdırmadıqlarını bildirib.

Həmçinin respondentlərin 65%-i kriptovalyutaların dünya iqtisadiyyatının inkişafı üçün zəruri olduğuna əminliyini ifadə edib. Azərbaycanda kriptovalyuta birjasının istifadəçilərinin fikrincə, sorğunun keçirilməsində əsas məqsəd kriptovalyuta sənayesinin əsas tendensiyaları, proqnozları və perspektivlərinin müstəqil və anonim şəkildə öyrənilməsindən ibarət olub. 2024-cü ilin aprel və may aylarında keçirilmiş sorğuda Azərbaycandan 1000-dən çox respondent iştirak edib.

“Azərbaycanda kriptovalyutaların artan nüfuzu ölkənin innovasiyalara yüksək sadiqliyini nümayiş etdirir. Bu tendensiya regionda kriptovalyuta sənayesinin daha da inkişafının vacibliyini təsdiqləyir. “Binance” etibarlı və effektiv alətlər təqdim etməklə, həmçinin kriptovalyuta təhsilinin inkişafına böyük töhfə verməklə bu tendensiyanı fəal şəkildə dəstəkləmək niyyətindədir”, – deyə “Binance”ın Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika üzrə rəhbəri Kiril Xomyakov sorğunun nəticələrini şərh edərkən açıqlama verib.

Azərbaycanda Binance istifadəçiləri arasında keçirilmiş sorğudan əsas məqamlar:

• Auditoriyanın əsas hissəsini (91,3%) 18-45 yaş arası kişilər təşkil edib (75,7%). Respondentlərin ən böyük auditoriyası 36-45 yaş arası istifadəçilər olub (35,7%);

• Respondentlərin 59%-i ali təhsilli şəxslər, 31%-i muzdla işləyənlər, 19%-i şəxsi biznes sahibidir;

• Respondentlərin, demək olar ki, 17%-i ticarət sektorunda çalışır, ikinci yerdə informasiya texnologiyaları sektorunda çalışanlar (12,4%) qərarlaşıblar, 12%-ni isə sənaye sahəsində çalışan işçilər təşkil edib;

• Sorğuda iştirak edən istifadəçilərin kriptovalyuta haqqında öyrəndikləri əsas məlumat mənbəyi internetdir (50,6%), ikinci ən populyar məlumat mənbəyi dostlar və ya ailədir (23%), üçüncü yerdə sosial şəbəkələrdir (12,6%);

• “Youtube” sorğuda iştirak edən istifadəçilərin kriptovalyutalar haqqında məlumat əldə etdiyi aparıcı məlumat mənbəyi olub (33,5%). İkinci yerdə “Telegram” (22,1%), üçüncü yerdə “Instagram” qərarlaşıb (10,5%);

• Respondentlərin 30%-i üçün kriptovalyutalar hobbi, 37%-i üçün isə əlavə gəlir mənbəyidir;

• Respondentlərin 42%-i 2022-2023-cü illər ərzində kriptovalyuta almaq qərarına gəlib, respondentlərin əksəriyyətinin (32,2%) kriptovalyuta almasına səbəb isə investisiya perspektividir;

• Kriptoaktivlərdən istifadəyə gəlincə, respondentlərin, demək olar ki, 50%-i HODL strategiyasına riayət edir (bazar qiymətlərinin enib-qalxmasına baxmayaraq, kriptovalyutaların saxlanması), 18,5%-i isə kriptovalyutalardan ticarət üçün istifadə edir;

• Respondentlərin 35%-i maliyyələrinin 1%-dən 20%-ə qədərini kriptovalyutalarda saxlayır, respondentlərin yalnız 5%-i bütün vəsaitlərini kriptovalyutada saxlayır;

• Sorğuda iştirak edən istifadəçilərin 50,4%-i hesab edir ki, zaman keçdikcə kriptovalyuta depozitləri ənənəvi bank depozitlərini əvəz edə biləcək;

• Respondentlərin 36,2%-i kriptovalyuta sənayesinin dövlət tənzimlənməsinə ehtiyacı olduğu ilə razılaşır, 36%-i isə bunun əleyhinədir, 29,7%-i isə bunun vacib olmadığını bildirib;

• Respondentlərin 34,7%-i tənzimləmə sayəsində kriptovalyuta bazarının daha da böyük artım yaşayacağına, 32% isə kriptovalyuta bazarının daha şəffaf və təhlükəsiz olacağına inanır;

• Respondentlərin 42%-i heç vaxt ənənəvi investisiya imkanlarından istifadə etməyib (məsələn, səhmlərin alınması, daşınmaz əmlak investisiyaları, pay fondları);

• Respondentlərin 40%-dən çoxu kriptovalyutaların yaxın beş ildə dünya maliyyə sistemində davamlı yer tuta biləcəyinə inanır;

• Azərbaycandan sorğuda iştirak edən Binance istifadəçilərinin 50%-dən çoxu hesab edir ki, 2024-cü ilin sonuna qədər “Bitcoin”in qiyməti 70-100 min dollar arasında dəyişəcək.

“Binance” həcminə görə nəhəng rəqəmsal aktiv ticarət birjası da daxil olmaqla bir sıra maliyyə məhsullarının dəsti ilə dünyanın aparıcı kriptovalyuta infrastrukturu təminatçısıdır. Dünyada milyonlarla insanın etibar etdiyi “Binance” platforması istifadəçilərin pul azadlığını artırmaq məqsədilə nəzərdə tutulmuşdur və ticarət, maliyyə, təhsil, məlumatlar və tədqiqatlar, xeyriyyəçilik, investisiyalar və inkubasiya, mərkəzsizləşdirmə və s. daxil olmaqla kriptovalyuta məhsulları və təkliflərinin misilsiz portfelini təklif edir. Əlavə məlumat almaq üçün aşağıdakı keçidə daxil olun: https://www.binance.com