Bu kredit təşkilatı tələbləri yerinə yetirmədi

Bu kredit təşkilatı tələbləri yerinə yetirmədi

MOJO AZ Bank Olmayan Kredit Təşkilatı nizamnamə kapitalını kəskin azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı kredit təşkilatının bu gün keçirilən növbədənkənar ümumi yığıncağında qərar qəbul edilib.

Qərara əsasən, BOKT-nin nizamnamə kapitalı azaldılaraq 300 000 manatdan 100 manata endirilib.

Qeyd edək ki, MOJO AZ BOKT 2023-cü ildə dövlət qeydiyyatına alıb. Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, ev 58, mənzil 19 ünvanında qeydə alınmış BOKT-nin qanuni təmsilçisi isə Ruslan Zaməddin oğlu Köçərlidir.


Xatırladaq ki, kredit təşkilatı yaranan zaman qanunvericilikdə mövcud nizamnamə kapitalı tələbi 300 min manat olub. Amma 2024-cü ildən etibarən kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lər üçün nizamnamə kapitalı tələbi 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lər üçün isə 30 min manatdan 100 min manata çatdırılıb.