Cənubi Qafqazda sülh və yeni regional reallıqlar - ŞƏRH
Möhtərəm Prezident cəab İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində dünyanın nüfuzlu “Euronews” telekanalına müsahibəsində Cənubi Qafqazda yaranmış yeni geosiyasi vəziyyətə xüsusi diqqət ayırdı. Məlum olduğu kimi uzun illər davam edən münaqişə və qeyri-sabitlik mərhələsindən sonra region bu gün inkişaf və əməkdaşlıq mərhələsinə qədəm qoyur. Dövlət başçısı vurğuladı ki, əsas məqsəd təkcə müharibənin bitməsi deyil, dayanıqlı və uzunmüddətli sülhün təmin olunmasıdır.
Əlbəttə ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin tədricən normallaşması region üçün tarixi fürsət yaradır. Nəqliyyat kommunikasiyalarının açılması, iqtisadi əlaqələrin bərpası və qarşılıqlı etimadın formalaşması Cənubi Qafqazı sabit və təhlükəsiz məkana çevirə bilər. Ölkə başçısı bildirdi ki, sülh şəraitində yaşamaq region xalqları üçün ən böyük qazancdır və Azərbaycan bu prosesə konstruktiv töhfə verməkdə maraqlıdır.
Cənab Örezident müsahibəsində həmçinin Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində oynadığı rola geniş şəkildə izah verdi. Azərbaycanın bu gün Cənubi Qafqazın əsas enerji ixracatçısı olduğunu və onlarla ölkəyə neft və təbii qaz tədarük etdiyini vurğulayan Dövlət başçısı ölkəmizin həm də bu gün dünyada etibarlı tərəfdaş kimi tanınıb-qəbul edildiyinə diqqət çəkdi. Faktdır ki, müasir boru kəmərləri sistemi və inkişaf etmiş infrastruktur ölkəni etibarlı tərəfdaşa çevirir. Bu gün Avropa İttifaqı ilə enerji əməkdaşlığının dərinləşməsi Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.
Enerji bazarında sabitlik həm istehsalçılar, həm də istehlakçılar üçün vacib amildir. Cənab Prezident İlham Əliyev vurğuladı ki, neft və qaz qiymətlərində kəskin dalğalanmaların olmaması qlobal iqtisadiyyat üçün müsbət göstəricidir və Azərbaycan bu sabitliyə töhfə verir.
Ataş Əsədov
Neftçala rayonu

