Çiyələyi yumağın doğru yolu: bilmədiyiniz vacib detallar

Çiyələyi yumağın doğru yolu: bilmədiyiniz vacib detallar

Çiyələk ölkəmizdə çox sevilən meyvələrdən biridir.

Ölkə.az xəbər verir ki, bu meyvə dadlı olmaqla yanaşı, sağlamlıq üçün də faydalıdır.

Buna görə də bir çox insan “çiyələk necə düzgün yuyulmalıdır?” sualına cavab axtarır. Bəziləri onu duzlu suda, bəziləri isə sirkəli suda saxlamağı məsləhət görür.

Çiyələk həm duzla, həm də sirkə ilə yuyula bilər. Amma düzgün üsula əməl etmək vacibdir.

Duzla təmizləmə:

Bir qaba 2 stəkan su tökün
Üzərinə 2 çay stəkanı duz əlavə edin
Çiyələkləri bu suda 4–5 dəqiqə saxlayın
Daha uzun saxlasanız, meyvə yumşala bilər
Sonra çıxarıb soyuq su ilə yuyun
Sirkə ilə təmizləmə:

Bir qaba 1 stəkan ağ və ya alma sirkəsi tökün
Üzərinə 8 stəkan su əlavə edin
Çiyələkləri bu suda 4–5 dəqiqə saxlayın
Uzun müddət saxlanarsa, rəngində dəyişiklik ola bilər
Daha sonra çıxarıb süzün və soyuq sudan keçirin
Vacib qeyd
Allergiyası olan və ya hər hansı sağlamlıq problemi riski daşıyan şəxslər bu üsulları tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.