Dünyanın ən dəyərli 10 lüks markası açıqlanıb

Dünyanın ən dəyərli 10 lüks markası açıqlanıb

Qlobal lüks brendlərin bazar dəyəri açıqlanıb. Siyahıya avtomobil, moda, saat, zərgərlik və kosmetika sektorlarında fəaliyyət göstərən dünyanın ən tanınmış markaları daxildir.

Reytinqə əsasən, Porsche 41,1 milyard dollar marka dəyəri ilə dünyanın ən dəyərli lüks markası olub. İkinci yerdə Chanel 37,9 milyard dollar, üçüncü yerdə isə Louis Vuitton 32,9 milyard dollar marka dəyəri ilə qərarlaşıb.

İlk beşliyi Hermès (19,9 milyard dollar) və Rolex (18,8 milyard dollar) tamamlayır.

Dünyanın ən dəyərli 10 lüks markası

1. Porsche – 41,1 milyard dollar

2. Chanel – 37,9 milyard dollar

3. Louis Vuitton – 32,9 milyard dollar

4. Hermès – 19,9 milyard dollar

5. Rolex – 18,8 milyard dollar

6. Dior – 17,3 milyard dollar

7. Cartier – 15,7 milyard dollar

8. Ferrari – 14,4 milyard dollar

9. Gucci – 11,4 milyard dollar

10. Guerlain – 7,7 milyard dollar

Siyahı göstərir ki, lüks bazarında ən yüksək marka dəyərinə sahib şirkətlər əsasən moda, avtomobil, saat və zərgərlik seqmentlərində fəaliyyət göstərir. Xüsusilə avtomobil istehsalçısı Porsche moda nəhənglərini geridə qoyaraq reytinqin zirvəsində qərarlaşıb.

Valyuta.az