Emil Məsimov Rəqəmsal Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
Azerconnect Group-un baş direktoru Emil Məsimov Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) baş katibi Deemah AlYahya ilə görüş keçirib.
Görüş zamanı Azerconnect Group-un İKT sahəsində təqdim etdiyi xidmətlər, həyata keçirdiyi layihələr, rəqəmsal iqtisadiyyatın inkişafında özəl sektorun rolu, həmçinin tərəflər arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin qlobal texnologiya şirkətləri və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinin, yeni texnologiyaların tətbiqinin və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.



