“Expressbank” sahibkarlara 100 000 AZN-dək mikrokredit təklif edir
“Expressbank” biznesini genişləndirmək, fəaliyyətini inkişaf etdirmək və maliyyə ehtiyaclarını qarşılamaq istəyən mikro və aqro sahibkarlar üçün 100 000 manatadək mikrokredit təqdim edir.
Belə ki, bu məhsul sahibkarlar üçün 100 000 AZN-dək mikro və aqro kredit vəsaitini 48 ayadək müddətdə əldə etmək rahatlığı yaradır. Həmçinin məhsul çərçivəsində tətbiq olunan 18 ayadək güzəşt müddəti sahibkarlara bu müddətdə kreditin əsas məbləği üzrə ödənişdən azad olmaqla maliyyə vəsaitlərini bizneslərinin inkişafına yönəltməyə şərait yaradır.
Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərə təklif olunur.
Qeyd edək ki, mikrokredit əldə etmiş sahibkarlar sığorta və hesab açmaq kimi xərclərdən azad olacaqlar.
Təklif bununla bitmir!
Belə ki, sahibkarın maliyyə ehtiyaclarına uyğun olaraq
- kredit vəsaitinin tranşlarla əldə edilməsi və
- sərbəst ödəniş qrafikinin formalaşdırılması təklifə daxildir.
Eyni zamanda, mikro və aqro kredit üzrə biznesin qiymətləndirilməsi üçün əlavə xərc nəzərdə tutulmur.
Məhsulun şərtləri, müraciət qaydaları haqqında məlumat və sifariş üçün “Expressbank”ın rəsmi saytı: https://exb.az/mikrokredit
“Expressbank” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, ümumilikdə 18 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir.
Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.


