Həmid Nəsirov yüksək vəzifəyə təyin edilib

Həmid Nəsirov yüksək vəzifəyə təyin edilib

Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Businesstime.az xəbər verir ki, Həmid Nəsirov rayon icra hakimiyyətinin hüquq və kadr məsələləri üzrə müdir vəzifəsinə təyin edilib.

Xatırladaq ki, ixtisasca hüquqşünas olan Həmid Nəsirov bundan əvvəl Gənclər və İdman Nazirliyində daha əvvəl isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzində məsləhətçi, daha sonra isə Göygöl Rayon İcra Hakimiyyəti başçının Aparatında Hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb. Həmid Nəsirov 2020-ildən isə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

O eyni zamanda Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının ərazi partiya təşkilatının sədridir.