Kamran Əliyev hərbi prokurora müavin təyin etdi

Kamran Əliyev hərbi prokurora müavin təyin etdi

Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub.

Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Elmir Süleymanlı hərbi prokurorun müavini vəzifəsində təyin olunub.

Qeyd edək ki, bu vəzifəni əvvəl Şəfahət İmranov tutub. Ş.İmranov ötən gün Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib. (APA)