“m10”un fəaliyyətində nə baş verib? - RƏSMİ
“m10” platforması istifadəçilərin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini daim prioritet hesab edir.
Daim stabil və etibarlı xidmət göstərməyə, istifadəçilərin əməliyyatlarının təhlükəsizliyini qorumağa və məlumatların tam məxfiliyini təmin etməyə yönəlib.
Fevralın 3-də “m10” platformasında xarici mənşəli “merchant”lardan bəzi istifadəçi hesablarına müəyyən məbləğlərdə vəsait daxil olması qeydə alınıb. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti olaraq dondurulub.
Hazırda məsələ “m10”un müvafiq komandaları tərəfindən daxili prosedurlara uyğun şəkildə araşdırılır. Araşdırma başa çatdıqdan sonra nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Qeyd olunan səbəblə əlaqədar “m10” tətbiqinin fəaliyyətində müvəqqəti fasilə yaranıb, lakin hazırda bütün əməliyyatlar tam bərpa olunub.
Yaranmış narahatlığa görə istifadəçilərimizdən üzr istəyir, göstərdikləri anlayış və etimad üçün təşəkkür edirik.
İstifadəçilərimizin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini daim prioritet olaraq qorumağa davam edirik.

