Naxçıvanda dövlət xidmətinə müvəqqəti rəis təyin olunub

Naxçıvanda dövlət xidmətinə müvəqqəti rəis təyin olunub

Naxçıvan Muxtar Respublikası (MR) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəis müavini, rəis vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

BusinessTime reporta istinadən  xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Nurlan Fətəliyev həmin vəzifənin müvəqqəti icraçısı təyin olunub.