Ölkə mis ixracını və idxalını artırıb

Ölkə mis ixracını və idxalını artırıb

Azərbaycan builin yanvar-may aylarında 16,4 milyon ABŞ dolları dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac edib.

BusinessTime-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə 13,3% çoxdur.

Hesabat dövründə Azərbaycanın mis və ondan hazırlanan məmulatlarının idxalı 21.3 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 7,7% çoxdur.

Bu dövrdə mis və ondan hazırlanan məmulatların idxalı Azərbaycanın ümumi idxalının 0.31%-ni, ixracı isə ümumi ixracın 0.12%-ni təşkil edib.