"SOCAR Polymer" 5 ayda ixrac gəlirlərini 4 %-ə yaxın artırıb

"SOCAR Polymer" 5 ayda ixrac gəlirlərini 4 %-ə yaxın artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 110,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyun sayında bildirilir.

Bu, 2025-ci ilin 5 ayı ilə müqayisədə 4,2 milyon ABŞ dolları və yaxud 3,9 % çoxdur.

5 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 % artaraq 1,5 milyard ABŞ dolları təşkil edib.