PAŞA Kapital və UNEC arasında Memorandum imzalanıb
“PAŞA Kapital İnvestisiya Şirkəti” və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandumu “PAŞA Kapital”ın Baş İcraçı Direktoru İsi Mustafayev və UNEC-in rektoru, professor Ədalət Muradov imzalayıblar.
Əməkdaşlıq çərçivəsində tələbələrin nəzəri biliklərinin kapital bazarlarının praktiki təcrübəsi ilə tamamlanması, peşəkar bacarıqlarının inkişafı və maliyyə savadlılığının artırılması istiqamətində birgə təşəbbüslər həyata keçiriləcək.
Həmçinin, Memorandum “PAŞA Kapital” mütəxəssislərinin iştirakı ilə praktiki təlim və seminarların keçirilməsini, tələbələr üçün təcrübə və karyera imkanlarının genişləndirilməsini nəzərdə tutur.


