Mərkəzi Bankın 84 günlük notları üzrə hərracın nəticələri açıqlanıb
27 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2698024703 dövlət qeydiyyat nömrəli, 75,000,000 manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərracda diskontlu notların emissiya həcmi 75,000,000 manat, notların sayı 750 ədəd, hər bir notun nominal dəyəri isə 100,000 manat təşkil edib.
Notların yerləşdirilməsi üzrə sifarişlərin ümumi həcmi nominal qiymətlə 178,800,000 manat olub. Hərracda 5 investor iştirak edib və ümumilikdə 5 sifariş təqdim olunub.
Hərracın nəticələrinə əsasən, 75,000,000 manat həcmində notların hamısı reallaşdırılıb. Minimal qiymət 98,596.6411 manat olmaqla 6.10%, maksimal qiymət 98,630.7000 manat olmaqla 5.95% təşkil edib.
Kəsmə qiyməti 98,598.9095 manat müəyyənləşib və bu qiymət üzrə gəlirlilik 6.09% olub. Notların ortaçəkili qiyməti 98,617.9215 manat, ortaçəkili gəlirliliyi isə 6.01% təşkil edib.
AZ2698024703 dövlət qeydiyyat nömrəli notların tədavül müddəti 84 gün müəyyənləşdirilib. Notların ödəniş tarixi 19.11.2026-dır.
Notlar üzrə əsas göstəricilər:
Emitent: Azərbaycan Respublikasının Mərkəzi Bankı
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2698024703
Notun müddəti: 84 gün
Notun növü: Diskontlu
Emissiya həcmi: 75,000,000 manat
Notun miqdarı: 750 ədəd
Nominal: 100,000 manat
Minimal qiymət: 98,596.6411 (6.10%) manat
Maksimal qiymət: 98,630.7000 (5.95%) manat
Kəsmə qiyməti: 98,598.9095 (6.09%) manat
Ortaçəkili qiyməti: 98,617.9215 (6.01%) manat
Reallaşdırılmış həcmi: 75,000,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 178,800,000 manat
İnvestor sayı: 5
Sifariş sayı: 5
Notun ödəniş tarixi: 19.11.2026


