Qida Təhlükəsizliyi İnstitutu 155 min manata ofis icarəyə götürür
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 185B ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı satınalma həyata keçirib.
Oxu.Az xəbər verir ki, ümumi sahəsi 730 kvadratmetr olan obyektin növbəti 12 ay (01.01.2026 - 31.12.2026) üçün icarə xidmətləri "Faktor Qrup-S-1" QSC-dən bir mənbə metodu ilə satın alınıb.
İcarə xidmətinin ümumi məbləği 155 min 52 manat təşkil edir. Bu isə aylıq hesabla 12 min 921 manat deməkdir. Hesablamalara əsasən, obyektin bir kvadratmetrinin illik icarə haqqı təxminən 212 manat, aylıq icarə dəyəri isə 17.7 manat səviyyəsində formalaşıb.

