Mini Countryman-in macəra versiyası oktyabrda təqdim olunacaq

Mini Countryman-in macəra versiyası oktyabrda təqdim olunacaq

BMW Group-a məxsus Mini markası Countryman krossoverinin yeni macəra yönümlü versiyasını hazırlayır.

Yeni model artırılmış klirens, əlavə kuzov mühafizəsi və daha dayanıqlı asqı sistemi ilə təchiz ediləcək. Hazırda avtomobil ABŞ-ın Qayalı dağlarında sınaqlardan keçirilir.

Mini bu versiya ilə asfalt yollardan kənarda səyahət etməyi sevən alıcıları cəlb etməyi hədəfləyir.

Aktual üçüncü nəsil Mini Countryman 2023-cü ildə təqdim olunub. Model hazırda benzin, dizel və tam elektrik güc qurğuları ilə təklif edilir. Yeni macəra versiyasının rəsmi təqdimatı oktyabr ayında gözlənilir.