Rza Vəziri “Anglo Asian Mining”dən nə qədər qazanır? – RƏQƏMLƏR

Rza Vəziri “Anglo Asian Mining”dən nə qədər qazanır?

Azərbaycanda qızıl və mis hasilatı ilə məşğul olan Anglo Asian Mining 2025-ci maliyyə ili üzrə səhmdarlara ümumilikdə 4,57 milyon ABŞ dolları həcmində dividend ödəyəcək.

Şirkət 2025-ci il üzrə hər adi səhmə görə 4 ABŞ senti məbləğində yekun dividend elan edib.

Dividend 2026-cı il avqustun 27-də, 7 avqust 2026-cı il tarixinə səhmdarlar reyestrində qeydiyyatda olan səhmdarlara ödəniləcək.

Şirkətin məlumatına görə, dividend nağd şəkildə funt sterlinqlə ödəniləcək. İngiltərə Bankının 27-31 iyul tarixləri üzrə orta məzənnəsi (1 funt sterlinq = 1,3353 ABŞ dolları) əsasında hər adi səhm üzrə dividend təxminən 0,03 funt sterlinq təşkil edəcək.

Şirkət bildirib ki, səhmlər hesabına dividend və ya dividendin yenidən investisiyasını nəzərdə tutan hər hansı proqram tətbiq edilməyəcək.

Qeyd edək ki, şirkətin dövriyyədə 114,6 milyon adi səhmi mövcuddur. Hər səhmə görə 4 ABŞ senti dividend hesablandığından səhmdarlara ümumilikdə 4,57 milyon ABŞ dolları ödəniləcək.

Şirkətin ən böyük səhmdarı və baş icraçı direktoru Rza Vaziri 32,8 milyon səhmə və ya 28,65% paya sahibdir. Bu səbəbdən onun əldə edəcəyi dividendin həcmi təxminən 1,31 milyon ABŞ dolları təşkil edəcək.

İkinci ən böyük səhmdar Sununu Holdings LLC təxminən 367 min ABŞ dolları, Governor John Sununu 62,5 min ABŞ dolları, Xosrov Zamani 58,3 min ABŞ dolları, Prof. Con Monhemius isə 14,7 min ABŞ dolları dividend əldə edəcək.

Qeyd edək ki, Anglo Asian Mining 2025-ci ili 122,8 milyon ABŞ dolları satış gəliri və 17,7 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub. Şirkət ötən il 7 915 ton mis və 25 061 unsiya qızıl hasil edib. (Plat.az)