VAKANSİYA - İnsan Resursları üzrə Mütəxəssis
Army Group Şirkətinə İnsan resursları sahəsində çalışmaq istəyən, məsuliyyətli və işində dəqiq olan İnsan Resursları üzrə Mütəxəssis tələb olunur.
Vəzifə öhdəlikləri
Şirkətin kadr tələbatına uyğun olaraq vakansiyaların elan edilməsi, CV-lərin seçilməsi və müsahibələrin təşkili;
İşəqəbul, başqa işə keçirilmə, azad olunma və məzuniyyət proseslərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə tam uyğun rəsmiləşdirilməsi;
ƏMAS portalında (e-gov) əmək müqaviləsi bildirişlərinin vaxtında işlənilməsi və tənzimlənməsi;
Personalın şəxsi işlərinin formalaşdırılması, qaydaya salınması və davamiyyət uçotunun (tabel) aparılması;
Şirkətdaxili intizam qaydalarına riayət olunmasına nəzarət və uyğunlaşma (onboarding) prosesinin təşkili.
Əlavə məlumat:
Ünvan: Bakı-Şamaxı şosessi, Hökməli dairəsi
Əmək haqqı: 800-1500 AZN (Müsahibə əsasında dəyişə bilər)
İş qrafiki: Tam iş günü (5 gün)
İş saatı: 09:00 – 18:00
Təklif edirik: Mobil nömrəynən təminat, nahar yeməyi
Tələblər
Ali təhsil (İnsan resurslarının idarə edilməsi arzuolunandır);
HR sahəsində 1-3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
Microsoft Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı;
Yüksək ünsiyyət qabiliyyəti, təşkilatçılıq, məsuliyyətlilik və məxfiliyi qoruma bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: 055 853 96 43


