Varlı olsanız da qorunmalı olan 7 qənaətcil vərdiş
Maliyyə sabitliyinə nail olmaq illərlə çalışma və qənaət tələb edir. Ancaq sərvət topladıqdan sonra da bəzən əvvəlki qənaətcil vərdişləri qorumaq maliyyə azadlığını uzunmüddətli saxlamaq üçün vacibdir.
Budur, zəngin olanda belə əl çəkməməli olduğunuz 7 vərdiş:
Əşyaları təmir etmək
Yeni almaq daha rahat görünə bilər, amma işlək vəziyyətdə olan əşyaları təmir etdirmək həm pula, həm resurslara qənaət edir. Bahalı seçimlərdən öncə təmir qiymətini öyrənin.
Ucuz, amma keyfiyyətli məhsullara üstünlük vermək
Əgər mağaza markaları və ya generik dərmanlar sizi qane edirdisə, yalnız imkanınız var deyə bahalı brendlərə keçmək vacib deyil. Həmin vəsaiti daha vacib xərclərə yönəltmək olar.
Yaşam tərzindəki artımı nəzarətdə saxlamaq
Daha çox qazanmaq daha böyük ev və ya lüks avtomobil almağı vacib etmir. Əgər bunlar sizin üçün əhəmiyyətli deyilsə, məqsədsiz xərclərə çevrilə bilər. Xərcləri prioritetlərə uyğun artırmaq lazımdır.
Xərcləri izləməyə davam etmək
Büdcə aparmaq yalnız az gəlirlilər üçün deyil. Varlı insanlar da hər manatın yerini bilməklə israfın qarşısını alır və pullarını daha şüurlu şəkildə xərcləyirlər.
Qənaəti artırmaq
Gəliriniz və xərcləriniz artdıqca təcili yardım fondunuzu və qənaət hədəflərinizi yeniləyin. Pulunuzu yüksək faizli hesablarda saxlayaraq passiv gəlir əldə edin.
Enerji və resurslara qənaət
İşıqları söndürmək, istilik tənzimləmək və su sərfiyyatını azaltmaq kimi vərdişlər həm ekoloji, həm də maliyyə baxımından hələ də əhəmiyyətlidir. İmkan daxilində enerjiyə qənaət yönümlü yeniliklərə investisiya edin.
Endirimləri izləmək
Əgər ehtiyac duyduğunuz məhsul endirimdədirsə, niyə də fürsətdən istifadə etməyəsiniz? Əsas məsələ israf etmədən, real ehtiyaca uyğun şəkildə alış-veriş etməkdir.
Valyuta.az

