Vüsal Nəsirli məşhur müğənninin qardaşına yüksək vəzifə verdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni kadr təyinatı olub.
Bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb.
Əmrə əsasən, Kamran Kərimbəyov Media monitorinqi və təhlili şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, müğənni Nərmin Kərimbəyova bir müddət əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamran Kərimbəyovaya verib. Əməliyyat Türkiyədə gerçəkləşdirilib. Müğənni əməliyyatdan sonra reanimasiyaya düşüb, daha sonra palataya köçürülüb. Nərminin qardaşı uzun illərdir “Hepatit B” xəstəliyindən əziyyət çəkib.
NOCOMMENT.az


