Yanğın “Kontakt Home”un anbarından başlayıb - FOTOLAR
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.
BusinessTime Xitab24.az-a istinadən xəbər verir ki, yanğın gecə saatlarında “Kontakt Home”un anbarından başlayıb.
İlkin məlumata görə, anbarda paltaryuyan və soyuducular olub.
Yanan anbardakı əşyaların təxminən 3 milyon manat civarında olduğu bildirilir.
Qeyd edək ki, “Kontakt Home”un sahibi sabiq millət vəkili Elnur Allahverdiyevdir.










