"Yelo Bank"ın borcları 170 milyon manatı ÖTDÜ
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə hesabatına əsasən, 31 dekabr 2025-ci il tarixinə subordinasiya borcları 28 milyon 179 min manat təşkil edib.
Bu göstərici 2024-cü il dekabrın 31-nə olan 27 milyon 478 min manatla müqayisədə 701 min manat və ya 2,6% artıb.
Hesabat dövründə bankın cəmi borc alınmış vəsaitləri də yüksəlib. Belə ki, 31 dekabr 2025-ci il tarixinə bu göstərici 145 milyon 126 min manat olub. Halbuki, 2024-cü il dekabrın 31-nə cəmi borc alınmış vəsaitlər 113 milyon 229 min manat təşkil edirdi. Nəticədə, bankın cəmi borc alınmış vəsaitləri illik müqayisədə 31 milyon 897 min manat və ya 28,2% artıb.
| Borc alınmış vəsaitlər və subordinasiya borcları | 2025, 31 dekabr (min manat) | 2024, 31 dekabr (min manat) |
|---|---|---|
| Subordinasiya borcları | 28,179 | 27,478 |
| Borc alınmış vəsaitlər | ||
| Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu | 89,345 | 77,373 |
| Azərbaycan Biznesinin İnkişafı Fondu | 51,855 | 31,469 |
|
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi |
3,926 | 4,387 |
| Cəmi borc alınmış vəsaitlər | 145,126 | 113,229 |
| Cəmi borc alınmış vəsaitlər və subordinasiya borcları | 173,305 | 140,707 |
Valyuta.az


