Yeni Porsche 718 həm elektrik, həm də DYM versiyalarında istehsal olunacaq
Porsche 718 model ailəsinin yeni nəslinin istehsalını davam etdirir və model həm tam elektrik, həm də daxiliyanma mühərrikli (DYM) versiyalarda təqdim olunacaq.
Son aylarda yeni 718 Cayman və 718 Boxster prototipləri sınaqlar zamanı dəfələrlə kamuflyajlı şəkildə görüntülənib.
Şirkətin baş icraçı direktoru Mixael Layterers bildirib ki, Porsche 718-in elektrik versiyası mütləq seriya istehsalına buraxılacaq. Bununla yanaşı, model ailəsində DYM-li versiyaların da yer alacağı gözlənilir.


