Yüksəlişin qalibi direktor təyin edildi
Elm və Təhsil Nazirliyinin tabeliyində olan "Təhsil" Respublika İdman Mərkəzinə direktor təyin edilib.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, bu vəzifəyə Toğrul Xəlilov təyin olunub.
Qeyd edək ki, Toğrul Xəlilov beşinci Yüksəliş müsabiqəsinin qalibidir.


