“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olunub

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olunub

İnnovasiya sürət lideriBakcell” “Baku Flames – BeynəlxalqYaradıcılıq Effektivlik FestivalıçərçivəsindəƏn uğurlurebrendinq layihəsiüzrə mükafata layiq görülüb. Bu nominasiyada brendin strateji mövqeyi ilə vizual təqdimatıarasında ardıcıl güclü əlaqə qurmaq bacarığı qiymətləndirilir. “Bakcell” yeni brend kimliyi vasitəsilə innovativ yanaşmasını inkişaf strategiyasını uğurla nümayiş etdirib.

Bakcell”in 2024-cü ildə həyata keçirdiyi rebrendinq zamanıaparılan strateji vizual yeniliklər bu mükafata layiqgörülməsində mühüm rol oynayıb. Xatırladaq ki, şirkətin yeni loqosu 5 dinamik fiqurun ulduz formasında birləşməsi iləBakcell”in insanları, məkanları dəyərləri birləşdirənfəlsəfəsini, həmçinin rəqəmsal gələcəyə doğru sürətləirəliləyişini simvolizə edir.

Qeyd edək ki, 2–3 may tarixlərində Azərbaycanda keçirilən“Baku Flames – Beynəlxalq Yaradıcılıq Effektivlik Festivalıyaradıcı sənayenin inkişafına dəstək məqsədi daşıyaraq, yerli xarici mütəxəssisləri, marketinq rəhbərlərini bir araya gətirib.

"Bakcell" haqqında

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.