ABB manatda buraxılan yeni istiqrazları 4 fərqli üstünlük dərəcəsi üzrə təsnifləşdiriləcək

ABB manatda buraxılan yeni istiqrazları

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) ümumi həcmi 5 milyon manat olan yeni istiqraz buraxılışına başlayır.

Buraxılış çərçivəsində nominal dəyəri 100 manat olan 50 min ədəd təmin edilməmiş, adlı və sənədsiz istiqraz investorlara təqdim ediləcək. İstiqrazların tədavül müddəti 24 ay, illik gəlirliliyi isə 10% təşkil edir. Faiz ödənişləri hər 30 gündən bir həyata keçiriləcək, əsas məbləğ isə müddətin sonunda son kupon ödənişi ilə birlikdə qaytarılacaq.

İstiqrazların ilkin yerləşdirilməsi “Bakı Fond Birjası”nda abunə yazılışı yolu ilə aparılacaq. Yerləşdirmənin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

Abunə yazılışı Yekun Şərtlər qeydiyyata alındıqdan sonra 1 həftə ərzində başlayacaq və 3 həftə davam edəcək. İstiqrazların abunəçilər arasında bölüşdürülməsi zamanı xüsusi mexanizm tətbiq olunacaq. Belə ki, sifarişlər məbləğindən asılı olaraq 4 fərqli üstünlük dərəcəsi üzrə təsnifləşdiriləcək və bölgü ilk növbədə fiziki şəxslər, daha sonra isə hüquqi şəxslər arasında aparılacaqdır. 1000 manatdan olan sifarişlər 1-ci dərəcəli üstünlük səviyyəsinə malik olacaq. Əgər fiziki şəxslərin sifarişləri ümumi yerləşdirmə həcmini aşarsa, bölgü yalnız onlar arasında proporsional (pro-rata) prinsiplə aparılacaq və hüquqi şəxslərin sifarişləri təmin edilməyəcək.

2121212

ABB bildirib ki, istiqraz buraxılışından əldə ediləcək vəsait bankın kredit portfelinin genişləndirilməsinə yönəldiləcək.