ADY İmişlidə texniki xidmət mərkəzi tikəcək

ADY İmişlidə texniki xidmət mərkəzi tikəcək

İmişlidə dizel lokomotivlərinə texniki xidmət mərkəzi tikiləcək.

Trend-in məlumatına görə, “Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) artıq bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, əvvəlcə mərkəzin tikinti layihəsi çərçivəsində layihələndirmə və layihə-smeta sənədləri hazırlanacaq.
Layihələndirmə və layihə-smeta sənədlərinin hazırlanmasının 5,6 milyon manata başa gələcəyi proqnozlaşdırılıb.

ADY hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.