Asif Əsgərovla Heydər Əsədov da vəzifəsini itirdi

Asif Əsgərovla Heydər Əsədov da vəzifəsini itirdi

Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

***

Dövlət başçısının digər Sərəncamı ilə Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, onlar sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçiliblər.