Azərbaycanda 116 milyon manatlıq içki şirkəti kapitalını azaldır
“Mars Overseas Baku Ltd” MMC nizamnamə kapitalını azaltmaq barədə elan edib.
Şirkətin hazırkı nizamnamə kapitalı 116 140 766 manat təşkil edir. Kapitalın hansı məbləğədək azaldılacağı barədə elanda məlumat verilməyib.
Şirkətin kreditorları bir ay ərzində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Cənub hissəsi ünvanına müraciət edə bilərlər.
Qeyd edək ki, 1999-cu ildən fəaliyyət göstərən “Mars Overseas Baku” Azərbaycanda “PepsiCo” məhsullarının istehsalı və distribusiyası ilə məşğul olan şirkətlərdən biridir. Şirkət “Pepsi”, “7UP”, “Mirinda”, “Mountain Dew”, “Lay’s” kimi beynəlxalq brendlərlə yanaşı, “Jalə”, “Natura”, “Mia” və “I’M Tea” məhsullarının da istehsalı və satışı ilə məşğuldur. Şirkətin Qəbələ, Lənkəran və Qubada istehsal müəssisələri fəaliyyət göstərir.
“Mars Overseas Baku Ltd” MMC-nin qanuni təmsilçisi Ramiz Qəhrəman Sadaylıdır.
Xatırladaq ki, “Novara Capital” MMC fəaliyyətinə xitam verərək “Mars Overseas Baku Ltd” MMC-yə qoşulub.
Banker.az


