Azərbaycanda avtomobil istehsalı azalıb, anbarlarda 261 ədəd hazır məhsul qalıb

Azərbaycanda avtomobil istehsalı azalıb,

Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2026-сı ilin yanvar-may aylarında 197,6 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,8 dəfə artmış, maşın və avadanlıqların istehsalı isə 77,1 faiz azalmışdır.

Banker.az DSK-ya istinadən xəbər verir ki, 2026-сı ilin yanvar-may aylarında 1677 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 375 ədəd az minik avtomobili istehsal olunmuşdur.

01.06.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 261 ədəd olub.

Traktorların istehsalı 7.3% azalaraq 217 ədəd, yük avtomobillərinin istehsalı 7.8 dəfə artaraq 342 ədəd, avtobusların istehsalı 4.3 dəfə artaraq 193 ədəd təşkil edib.