Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 70 %-ə yaxın azalıb
Bu ilin yanvar-aprel aylarında "AzStateNet" şəbəkəsi üzrə 55 milyon 105 min zərərli keçid bloklanıb.
"Report"un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 69,5 % azdır.
Hesabat dövründə son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 572 min 700, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 43 min 594 zərərverici tərkibli elektron sənəd blok edilib. Bu, illik müqayisədə müvafiq olaraq 70 % və 21 % azdır.
2025-ci ildə "AzStateNet" şəbəkəsi üzrə 449,39 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 26 milyon 525 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 96 min 794 zərərverici tərkibli elektron sənəd bloklanıb.


