“Azərsu”yun vəzifəli şəxsi vəfat edib

“Azərsu”yun vəzifəli şəxsi vəfat edib
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Səbail Rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin rəisi Fərəməz Əmirxan oğlu Əliyev vəfat edib.
Bu barədə BusinessTime-a qurumdan məlumat verilib.
Fərəməz Əliyevin əmək fəaliyyəti bütünlüklə içməli su təchizatı və kanalizasiya sektoru ilə bağlı olmuşdur. 1990-cı ildə bu sahədə əmək fəaliyyətinə başlayan F.Əliyev su və kanalizasiya sistemlərinin istismarında, baş verən qəzaların operativ aradan qaldırılmasında zəngin təcrübə qazanmış, yüksək peşəkarlıq nümayiş etdirmişdir. Su təsərrüfatı sektorunda səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin 03 iyun 2017-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Mərhumun ailəsinə və yaxınlarına başsağlığı veririk.
Allah rəhmət eləsin.