“AzSığorta”nın zərərliliyi artdı - Yığımlarda 700 mindən çox azalma

“AzSığorta”nın zərərliliyi artdı

“AzSığorta” ASC-nin yığımları azalıb.

Cari ilin yanvar-sentyabr aylarında “AzSığorta”ASC 6 milyon 358 min manat sığorta haqqı toplayıb. 

Sığorta şirkətinin bu müddət üzrə sığorta ödənişi isə 1 milyon 364 mant təşkil edib. 

Ötən ilin eyni dövründə isə “AzSığorta” ASC-nin topladığı sığorta haqqı 7 milyon 75 min manat olub, ödəniş isə 1 milyon 156 min manat hesablanıb. 

Beləliklə, “AzSığorta” ASC-nin illik müqayisədə sığorta haqqı 717 min manat və ya 10,13% azalıb, ödənişlərdə isə 208 min manat və ya 17,99% artım olub. 

Sığorta şirkətində yığımlarının azalması fonunda ödənişlərin artması yığım-ödəniş nisbətinə mənfi təsir edib, zərərlilik artıb. 

Sözügedən sığorta şirkəti cari ilin ilk 9 ayında hər 100 manatdan 21,45 manatı ödəniş üçün ayırıb. Ötən ilin eyni dövründə isə bu məbləğ 16,33 təşkil edib. ///Valyuta.az