“Bir damla qan, min ümidə can” aksiyasında 800-dən çox şəxs iştirak edib

“Bir damla qan, min ümidə can” aksiyasında 800-dən çox şəxs iştirak edib

27 sentyabr – Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə keçirilən qanvermə aksiyası yekunlaşıb. Aksiyada sahibkarlar və şirkət əməkdaşları olmaqla 800-dən çox şəxs iştirak edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, “Marsol Group”, “Məlhəm Beynəlxalq Hospital”, Milli Hematologiya və Tran
sfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə könüllü qanvermə aksiyası keçirilib.

Aksiya 23–25 sentyabr tarixlərində Bakı ilə yanaşı, Lənkəran-Astara, Quba-Xaçmaz və Şəki-Zaqatala bölgələrini də əhatə edib.

Aksiyanın ilk ünvanı 23 sentyabr tarixində Lənkəran-Astara bölgəsi olub. Burada Marsol Region partnyoru olan sahibkarlar, şirkət əməkdaşları və yerli sakinlərlə yanaşı, Lənkəranda səfərdə olan Marsol Group partnyorları da qanvermə aksiyasına qoşulublar.

24 sentyabrda aksiya Quba-Xaçmaz və Şəki-Zaqatala bölgələrində davam edib. 25 sentyabrda isə Bakı şəhərində Bakı KOB Evi, Respublika Qan Bankı və Məlhəm Beynəlxalq Hospital olmaqla 3 mərkəzdə təşkil olunub.

Aksiya çərçivəsində qan verən şəxslərin sağlamlıq vəziyyəti həkim-mütəxəssislər tərəfindən əvvəlcədən yoxlanılıb, müvafiq tibbi müayinələr aparıldıqdan sonra qanvermə prosesi həyata keçirilib.

Qeyd edək ki, “Bir damla qan, min ümidə can” aksiyası artıq üçüncü dəfədir keçirilir. 
Aksiyaya göstərdikləri dəstəyə görə sahibkarlara, şirkət əməkdaşlarına, Marsol Group partnyorlarına və bütün könüllülərə təşəkkür edirik.

Bir damla qan, min ümidə can!