Bu universitetdə təmir işləri aparılacaq
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 3-cü korpusunun əsaslı təmiri işləri aparılacaq.
İqtisadiyyat.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.
Məlumata əsasən, universitet bununla əlaqədar müvafiq hazırlıq işlərinə start verib.
Belə ki, əsaslı təmir işlərinin ali təhsil müəssisəsinin 3-cü korpusunda aparılması nəzərdə tutulub.
Sözügedən işlərin icrası üçün layihə-smeta sənədlərinin hazırlanması həyata keçiriləcək.


