Daxili dövlət borcunun strukturu açıqlanıb
2026-cı il 01 yanvar tarixinə daxili dövlət borcu 17.804,5 milyon manat vəya 2025-ci il üzrə 129.094,0 milyon manat məbləğində faktiki ÜDM-in 13,8 faizini təşkil edib.
Bu barədə BusinessTime Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, daxili dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 855,2milyon manat vəya 4,6 faiz azalmışdır. 2026-cıil 01 yanvartarixinə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 1,0 faiz bəndi azalıb.
2026-cı il 1 yanvar tarixinə daxili dövlət borcunun 9.006,6 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8.797,9 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.
Qeyd edilib ki, strategiyayauyğun olaraq daxili maliyyə bazarının inkişafının dəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ci il iləmüqayisədə dövriyyədə olan dövlət qiymətli kağızların həcmi təqribən 8,5 dəfə artaraq2026-cı il 01 yanvar tarixinə 9.006,6 milyon manata çatıb.
2025-ci il ərzind ədövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 607,0 milyon manat vəsait istifadə edilmişdir. Təkrar maliyyələşdirmə risklərinin azaldılması, dövlət istiqrazları üzrə orta ödəmə müddətinin uzadılması məqsədilə2025-ci il ərzində həyata keçirilən tədbirlər nəticəsindədövriyyəmüddəti 3 ilədək olan dövlət istiqrazları vaxtından əvvəl geri alınaraq daha uzunmüddəti dövlət istiqrazları iləəvəz edilmişdir. Eyni zamanda, həyata keçirilən tədbirlər nəticəsindədövlət istiqrazları üzrəfaiz xəclərinin azaldılması təmin edilmişdir. Qeyd olunan tədbirlər çərçivəsindədövlət istiqrazlarınıntəkrar maliyyələşdirilmə əməliyyatları vəTəminat Fondunun vəsaiti hesabına 2025-ci il ərzində investorlara ümumilikdə5.076,6 milyon manat ödənilmişdir.

