Dənizkənarı Bulvar İdarəsində 20 milyon manata yaxın zərər yığılıb
Dənizkənarı Bulvar İdarəsi PHŞ 2025-ci ili 3 milyon 704 min manat mənfəətlə başa vurub. 2024-cü ildə qurumun mənfəəti 3 milyon 209 min manat olub ki, bu da illik müqayisədə 15.4% artım deməkdir.
BusinessTime bildirir ki, Banker.az bu barədə DBİ-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il Dənizkənarı Bulvar İdarəsinin əsas əməliyyat gəlirləri 7 milyon 798 min manat (əvvəlki ilə nisbətən 36.4% çox) təşkil edir.
Dənizkənarı Bulvar İdarəsi PHŞ-nin cəmi aktivləri 214 milyon 835 min manatdan 206 milyon 319 min manata düşüb, cəmi kapitalı 190 milyon 557 min manatdan 194 milyon 220 min manata çatıb, cəmi öhdəlikləri 24 milyon 277 min manatdan 12 milyon 99 min manata düşüb. Hesabat dövründə qurumun 19 milyon 653 min manat yığılmış (ödənilməmiş) zərəri mövcuddur.
Xatırladaq ki, DBİ 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,211 milyon manatdır. İdarə Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.


