9 ayda 937 milyon manat sığorta haqqı toplanılıb

9 ayda 937 milyon manat sığorta haqqı toplanılıb

Yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin xətti ilə 937,238 milyon manat sığorta haqqı toplanılıb.

BusinessTime.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, doqquz ayda sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 400,387 milyon manat olub.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,7 manatı ödəniş edilib.