EBRD-nin manatla buraxdığı istiqrazlara görə ilk faizlər ödəniləcək

EBRD-nin manatla buraxdığı istiqrazlara görə ilk faizlər ödəniləcək

Sabah Milli Depozit Mərkəzi Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) ötən il oktyabrın 1-də manatla buraxdığı istiqrazlara görə, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi AZİR indeksinə (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) uyğun olaraq ilk faiz ödənişlərini həyata keçiriləcək.

BusinessTime bu barədə MDM-yə istinadən xəbər verir.

Məlumata görə, kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 586,22 manat təşkil edəcək.

Xatırladaq ki, istiqraz emissiyasının ümumi dəyəri 50 milyon manatdır. Söhbət hər birinin nominal dəyəri 100 000 manat olan 500 ədəd dəyişkən faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir. Müəyyən edilmiş kupon ödənişi istiqrazların illik faiz dərəcəsinin 6,35 % müəyyən edildiyinndən xəbər verir.

Prosesin anderrayterləri "ABB-İnvest" və "Unicapital" investisiya şirkətləridir.