İki sığorta şirkətinin "Yaşıl Kart" üzrə fəaliyyəti dayandırılıb
Azərbaycanda iki sığorta şirkəti "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyətini dayandırıb.
BusinessTime bu barədə İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir. Büro "Yaşıl Kart" sığorta növü üzrə iştirakçı sığorta şirkətlərinin siyahısından könüllü ləğv edilən “Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti” və “Naxçıvansığorta” ASC-ni çıxarıb. Bununla da "Yaşıl Kart" üzrə fəaliyyət göstərən şirkətlərin sayı 10-dan 8-ə enib.
"Yaşıl Kart" sığorta növü üzrə iştirakçı sığorta şirkətlərinin yeni siyahısı belədir: “AtaSığorta” ASC, “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Bakı Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC və “Xalq Sığorta” ASC.