"Meqa Sığorta"nın xalis mənfəəti kəskin AZALDI

"Meqa Sığorta"nın xalis mənfəəti kəskin

"Meqa Sığorta" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Şirkət yanvar-iyun aylarında 0,5 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,75% azdır.

Bu il iyulun əvvəlinə "Meqa Sığorta"nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 1,7% çox - 58,4 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 28,4 milyon manat (4,9% çox), balans kapitalı isə 30 milyon manat (1,1% az), o cümlədən nizamnamə kapitalı 23 milyon manat (dəyişməyib) olub.

yurd.media