“Mərcan”nın rəhbərliyində yeni təyinat oldu
Azərbaycanda iri broyler istehsalçısı “Azerbaijan Poultry Company” MMC-nin direktoruna yeni müavin təyin edilib.
Banker.az xəbər verir ki, Elçin Əkbərov maydan etibarən APC-də bu vəzifəyə başlayıb.
Bundan öncə isə “PAŞA Həyat” Sığorta Şirkəti ASC-də departament rəhbəri kimi çalışıb. Daha öncələr isə “Kapital Bank” ASC-də filial müdiri olub.
Xatırladaq ki, “Azerbaijan Poultry Company” MMC 2012-ci ildə Ucar rayonunda yaradılmış quşçuluq fermasıdır. Şirkətin əsas fəaliyyəti “Mərcan” brendi altında toyuq əti istehsal edir. Şirkətin 74.46 mln. manat nizamnamə kapitalı var və direktoru Kənan Məmmədli Xanoğlan oğludur.


