Qarabağ Universitetinin Klinikasının binası təmir olunacaq

Qarabağ Universitetinin Klinikasının binası təmir olunacaq

Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasına məxsus binalar üzrə əsaslı təmir işləri aparılacaq.

İqtisadiyyat.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.

Məlumata əsasən, ilkin mərhələdə təmirlə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması həyata keçiriləcək.

Belə ki, layihə-smeta sənədlərinin hazırlanmasına 793 min 512 manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.