Səhiyyə Nazirliyinin İnstitut direktoru vəzifədən azad edildi
Səhiyyə Nazirliyinin İnstitutunun direktoru işdən çıxarılıb.
BusinessTime "Demokrat.az"a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Fazil qızı Qurbanova tutduğu vəzifədən azad edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səhiyyə naziri Teymur Musayevin əmri ilə Cəmilə Qurbanova 3 iyun tarixindən etibarən "Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu" publik hüquqi şəxsin direktoru vəzifəsindən azad olunub.
Nazirliyin məlumatına görə, hazırda institut direktorunun vəzifəsinin icrası baş həkim Xuraman Bağırovaya həvalə edilib.
Səhiyyə Nazirliyi vəzifədən azad olunmanın səbəbi ilə bağlı əlavə məlumat verməyib.


