“Xalq Sığorta”nın əsas əməliyyat gəlirləri 353 min manat geriləyib

“Xalq Sığorta”nın əsas əməliyyat gəlirləri

“Xalq Sığorta” ASC-nin yanvar-mart aylarında gəlirləri illik müqayisədə 2 milyon 132 min 731 manat və ya 37,6% artaraq 7 milyon 804 min 449 manat təşkil edib. 

Valyuta.az xəbər verir ki, ötən ilin müvafiq dövründə bu göstərici 5 milyon 671 min 718 manat olub. Hesabat dövründə sığorta şirkətinin əsas əməliyyat gəlirləri 352 min 527 manat və ya 4,6% azalaraq 7 milyon 334 min 90 manata düşüb. 

Sığorta şirkətinin xərcləri illik müqayisədə 823 min 434 manat və ya 16,1% artaraq 5 milyon 936 min 466 manata yüksəlib. Ötən ilin eyni dövründə isə şirkətin xərcləri 5 milyon 113 min 32 manat olub. 

Bu dövrdə əsas əməliyyat xərcləri 893 min 420 manat və ya 36,8% artaraq 3 milyon 316 min 525 manat olub. 

“Xalq Sığorta” ASC-nin maliyyə mənfəəti illik müqayisədə 1 milyon 309 min 296 manat və ya 2,3 dəfə artaraq 1 milyon 867 min 983 manat olub. 

Şirkət hesabat dövründə 385 min 245 manat mənfəət vergisi ödəyib.

Beləliklə, şirkətin xalis mənfəəti illik müqayisədə 924 min 51 manat və ya 165,4% artaraq 1 milyon 482 min 738 manat təşkil edib.

Şirkətin cəmi aktivləri isə illik müqayisədə 3 milyon 562 min 350 manat və ya 3,9% artaraq 95 milyon 793 min 651 manata yüksəlib. 2025-ci ilin eyni dövründə bu göstərici 92 milyon 231 min 300 manat olub.

"Xalq Sığorta"nın cəmi öhdəlikləri isə illik müqayisədə 1 milyon 762 min 831 manat və ya 5,5% azalaraq 30 milyon 457 min 23 manata enib. 2025-ci ilin eyni dövründə bu göstərici 32 milyon 219 min 853 manat təşkil edib.