Yarım milyonluq borcdan çıxan “Səba”nın səhmdarlarının toplantısı baş tutmadı
“Səba” ASC-nin səhmdarlarının ötən günə təyin olunmuş növbədənkənar ümumi yığıncağı baş tutmayıb.
İqtisadiyyat.az bu barədə şirkətə istinadən xəbər verir.
Buna səbəb isə səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin mülkiyyətçilərinin iştirak etməməsidir. Buna görə də səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi dəyişdirilmədən dekabrın 24-nə təyin olunub.
“Səba” şirkəti ilə bağlı bütün xəbərləri bu linkdən keçid edərək oxuya bilərsiniz: https://iqtisadiyyat.az/az/seba açıq sehmdar cemiyyeti
Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:
Səba” ASC-nin yeni redaksiyada nizamnaməsi haqqında;
“Səba” ASC-nin Direktorlar Şurası haqqında;
“Qarabağ Taxıl” MMC-nin “Səba” ASC-yə qoşulması haqqında;
“Biləsuvar Aqro” MMC-nin (VÖEN: 4100179981) “Səba” ASC-yə qoşulması haqqında;
“Səba” ASC-də dividendlərin elan edilməsi haqqında.
Xatırladaq ki, “Səba” ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Əvvəllər şirkətin nizamnamə kapitalı 4,8 milyon manat olub, amma bu ilin yaz aylarında şirkət nizamnamə kapitalını 3 575 732 manata endirib. Beləliklə, “Səba”nın nizamnamə kapitalından 1,2 milyon manata yaxın vəsait geri götürülüb. Eyni zamanda, bu il ASC-nin qanuni təmsilçisi Mehdiyev Elçin Akif oğlu vəzifəsindən azad edilib və onun yerinə Baloğlanov Vüqar Samir oğlu təyin olunub.
“Səba”nın ötən aya qədər yarım milyon manatadək vergi borcu mövcud olub, amma şirkət dövlət qarşısında külli miqdarda borcunu ödəyərək sıfırlayıb.

