MG 07 liftbeki iki güc variantı ilə təqdim olunub
MG markası yeni MG 07 liftbekini iki fərqli güc variantında təqdim edib.
Hazırda model yalnız tam elektrik versiyasında sifariş üçün əlçatandır. Şarj olunan hibrid versiyanın isə daha sonra satışa çıxarılması planlaşdırılır.
Çində keçirilən təqdimat zamanı avtomobilin komplektasiyaları açıqlanıb və ilkin qiymətləri elan edilib. Yerli dilerlər artıq model üçün sifariş qəbul etməyə başlayıblar.
Qeyd edək ki, MG 07 markanın “07” indeksini daşıyan yeni modeli olsa da, şirkət 2023-cü ildən etibarən Çində yalnız benzin mühərriki ilə təchiz olunan MG 7 liftbekini də istehsal edir.


