Zakir İbrahimov ona vəzifə verdi
"Azergold" QSC-də Satınalmalar və təchizat zəncirinin idarə olunması şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub.
Qurumun İdarə heyətinin sədri Zakir İbrahimovun imzaladığı əmrlə bu vəzifə Elvin Bağırova həvalə edilib.
Qeyd edək ki, E.Bağırov əmək fəaliyyətinə 2008-ci ildə "Bakı Elektrik Şəbəkə" ASC-də başlayıb və 2014-cü ilə qədər bu qurumda Müqavilə və Tender şöbəsində tikinti və yenidənqurma işləri üzrə mütəxəssis vəzifəsində çalışıb. Bundan sonra o, "Bakı Metropoliteni" QSC-də 2014-2016-cı illərdə Beynəlxalq əlaqələr və satınalmaların təşkili şöbəsində mütəxəssis, 2016-2021-ci illərdə Satınalmaların təşkili və müqavilələr şöbəsidə aparıcı mütəxəssis, 2021-2024-cü illərdə Satınalmaların təşkili və müqavilələr şöbəsinin rəisi, 2024-2025-ci illərdə Dövlət Satınalmaları şöbəsinin rəisi vəzifəsində çalışıb. O, 2025-2026-cı illərdə "Azərişıq" ASC-də Layihələri İdarə olunması və müsabiqələrin təşkili idarəsində auditor olub. (Plat.az)


