Ali məktəblərə qəbul olanların qeydiyyatı başlayıb

Ali məktəblərə qəbul olanların qeydiyyatı başlayıb

Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

Qeydiyyat 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-a qədər davam edəcək.

Abituriyentlər qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.